Millimizin rəqibində 2 dəyişiklik

Millimizin rəqibində 2 dəyişiklik
XƏBƏR 2 Oktyabr 2017 / 14:10 1956
-  A +

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Çexiya yığmasında dəyişiklik edilib.

Qol.az-ın Çexiya mətbuatına istinadən yaydığı xəbərə görə, iki futbolçu komandadan uzaqlaşdırıb.

Bunlar müdafiəçi Teodor Gebre-Selassie və hücumçu Milan Şkodadır. Gebre-Selassie ailə vəziyyəti ilə əlaqədar baş məşqçidən icazə alıb. Şkoda isə zədə səbəbindən millimizlə görüşü buraxacaq.

Artıq hər iki futbolçunun əvəzinə milliyə yeni oyunçular dəvət edilib. “Slaviya”nın yarımmüdafiəçisi Yan Şikora və “Sparta”nın hücumçusu Vaçlav Kadleçi yığmaya dəvət alıb.

Qeyd edək ki, oktyabrın 5-də yığmamızın qonağı olacaq Çexiya millisi oktyabrın 8-də San-Marinonu qəbul edəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner