Gürcü futbolçu məşq vaxtı öldü

Gürcü futbolçu məşq vaxtı öldü
XƏBƏR 2 Oktyabr 2017 / 01:54 4546
-  A +

Gürcüstanın “Zuqudidi” klubunun qapıçısı Şota Maminaşvili vəfat edib.

Qol.az-ın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, qapıçı “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib. Təcili xəstəxanaya aparılan Maminaşvilinin həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş faciəyə görə qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, Maminaşvili daha çox Batumi “Dinamo”sunda çıxış edib.

Son xəbərlər
22.06.24  13:45

Polis azarkeşi döydü