Voleybolçularımız 4-cü oldu – Avropa çempionatı

Voleybolçularımız 4-cü oldu –  Avropa çempionatı
XƏBƏR 2 Oktyabr 2017 / 00:45 2361
-  A +

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

Qol.az-ın məlumatına görə, turnirin son günündə yarışın qalibi və üçüncü yerin sahibi bəlli olub.

Bürünc medallar uğrunda Azərbaycan və Türkiyə milliləri qarşılaşıb. Türklər 3:1 hesablı qələbə qazanaraq 3-cü yerin sahibi olublar. Komandamız isə yarışı 4-cü yerdə tamamlayıb.

Finalda isə Hollandiya və Serbiya yığmaları qarşılaşıb. Serblər 3:1 hesablı qələbə ilə Avropa çempionu titulunu qazanıblar.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner