Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyinatları açıqlanıb.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çexiya ilə ilk qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb.
Benua Miyoya baş hakim, Julian Paçelli və Bertran Juanno yan xətt, Frank Şnayder isə dördüncü hakim qismində yardımçı olacaq.
Almaniya ilə səfər oyunu isə latviyalı referi Andris Traymanis idarə edəcək. Harald Qudermanis və Aleksey Spasyonnikov yan xətt, Aleksandr Qolubev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda yer alan yığmamız Çexiya ilə oktyabrın 5-də saat 20:00 Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslautern şəhərindəki "Frits-Valter" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”