İspaniya millisi FİFA-nın sərt sanksiyasına məruz qala bilər.
Qol.az-ın xəbərinə görə, “Marca” nəşri bu gün yazıb ki, əgər federasiya rəhbərliyi “Barselona”nın futbolçularının millidə, klubun isə La Liqada iştirakına qadağa qoysa, bu halda İspaniya futbolunu ciddi cəza gözləyir. Qəzet yazıb ki, FİFA bu qərarı dövlətin federasiyanın işinə müdaxiləsi kimi qiymətləndirəcək və İspaniyanın bütün yaş qrupları üzrə milli komandalarını, klublarını beynəlxalq turnirlərdən, o cümlədən DÇ-2018-in final mərhələsinə vəsiqə qazanarsa, həmin yarışdan kənarlaşdıracaq.
Qeyd edək ki, İspaniyanın tərkibində olan və “Barselona”nın təmsil etdiyi Kataloniya bölgəsi bu gün müstəqilliklə bağlı referendum keçirir. Rəsmi Madrid bu referendumu qanunsuz və separatçı addım hesab edir. Eyni zamanda qeyd edilib ki, Kataloniyanın “müstəqilliyindən” sonra “Barselona” da daxil olmaq bu bölgəni təmsil edən klublar ayrıca bir respublikanın təmsilçisi kimi İspaniya çempionatlarına buraxılmayacaqlar.
"Barselona" Premyer Liqada?
Kataloniyanın idman naziri isə bildirib ki, Kataloniyanın “Barselona”, “Jirona” və “Espanyol” klubları Fransa, İtaliya və ya İngiltərə çempionatlarında çıxış edə bilər: “Belə təcrübələr Avropada var. Məsələn, Andorra komandaları İspaniyada futbolda və basketbol yarışında iştirak edir. “Monako” Fransa çempionatında, Uels klubları isə İngiltərə liqalarında yarışır”.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video