Topaz Premyer Liqasının 7-ci turuda “Səbail”lə oyunda (2:0) hesabı açan "Sumqayıt"ın futbolçusu Azər Salahlı matçla bağlı fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, klubun saytına açıqlamasında bunları söyləyib:
“Səbail”lə oyunda qələbə qazanmağı çox istəyirdik. Qarşılaşmanın ağır keçəcəyini bütün komanda olaraq başa düşürdük. Amma şükürlər olsun ki, 3 xalı qazanan tərəf biz olduq. Bütün komanda yoldaşlarıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Komanda oyununda qolun kim tərəfindən vurulmasının bir o qədər də önəmi yoxdu. Əsas o idi ki, qələbə qazanaq. Qol epizodunda isə bəxtim gətirdi ki, top qarşıma düşdü, vəziyyətdən yararlanıb, hesabı açdım. Millinin oyunları ilə əlaqədar olaraq yaranacaq fasilədən də maksimal şəkildə yararlanmağa çalışacağıq. Səhvlərimiz üzərində çalışıb, növbəti oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, 2016-cı ildən "Sumqayıt"ın şərəfini qoruyan Azər Salahlı ümumilikdə 34 qarşılaşmada 2782 dəqiqə meydanda olub. Salahlı meydana çıxdığı oyunlarda 2 qol vurub.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”