PSJ-nin baş məşqçisi Unai Emeri komandada penalti vuruşu ilə bağlı yaranmış problemi həll edib.
Qol.az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, bu haqda klubun müdafiəçisi Toma Menye dünən Liqa 1-in 8-ci turunda “Bordo” üzərindəki qələbədən sonra (6:2) məlumat verib.
Xatırladaq ki, “Lion”la Fransa çempionatının matçında (2:0) Edinson Kavani PSJ-nin yeni transferi Neymara penalti vurmağa imkan verməyib. Bu isə braziliyalı futbolçunun narazılığına səbəb olub.
“Məşqçimiz bu məsələni həll edib. Kavani və Neymar penaltini növbəti ilə vuracaqlar. Bugünkü matçda (“Bordo” ilə oyun nəzərdə tutulur – red.) Neymar penalti vurdu. Əgər ikinci də olsaydı, bu zaman növbə Kavaniyə çatacaqdı”.
Unai Emeri nə dedi?
Məsələ ilə əlaqədar PSJ-nin baş məşqçisi Unai Emeri də fikirlərini açıqlayıb. O, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Mənim üçün penalti vuruşlarında vacib olan onun dəqiq yerinə yetirilməsidir. Əsas odur Neymar və Kavani 11 metrlik cərimə zərbəsindən qol vura biləcəklərinə inanırlar. Mənim qərarım hər iki futbolçu ilə əlaqədardır. Bununla bağlı da onlarla təklikdə söhbət etmişəm".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”