“Atletiko” yenə qələbəyə həsrət qaldı

“Atletiko” yenə qələbəyə həsrət qaldı
XƏBƏR 1 Oktyabr 2017 / 00:40 3147
-  A +

İspaniya La Liqasında yeddinci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində  “Qarabağ”ın rəqibi olan “Atletiko” səfərdə “Leqanes”in qonağı olub.

Matç qolsuz bərabərliklə tamamlanıb. Həftəarası öz meydanında “Çelsi”yə uduzan Dieqo Simeonenin komandası yenə meydanı qələbəsiz tərk edib.

Qeyd edək ki, 7 oyundan sonra 15 xalı olan “Atletiko” turnir cədvəlində üçüncü yeri tutur.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner