Arazın komandasından heç-heçə

Arazın komandasından heç-heçə
XƏBƏR 1 Oktyabr 2017 / 00:31 2941
-  A +

Kipr çempionatında altıncı turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Anortosis” ən yaxın izləyicisi AEK Larnaka-nın qonağı olub.

Abdullayevin adı matçın protokoluna daxil edilməyib.

Həmyerlimizin yoxluğunda komandası 90+2-ci dəqiqədə vurduğu qolla yenilgidən qaçıb - 1:1.

Qeyd edək ki,  6 oyundan 14 xalı olan “Anortosis” çempionatın vahid liderdirdir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner