Məlum olduğu kimi, “Qarabağ” futbol klubu Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu məqsədlə 27 sentyabr 2017-ci il tarixində Bakı Olimpiya stadionunda baş tutan “Qarabağ-Roma” oyununu izləyən azarkeşlərin rahat və təhlükəsiz daşınması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunmuş X-2 Express xəttində “XALİQ FAİQOĞLU” şirkəti müasir avtobuslarla peşəkar sürücü və dispetçer heyəti ilə fəal iştirak edib.
Qol.az xəbər verir ki, bu məqsədlə saat 16.30-dan etibarən şirkətin istismarında olan 20 ədəd ən müasir avtobuslarla 10 000 nəfərə yaxın azarkeşlərin Gənclik metro stansiyasının yaxınlığından BAKI Olimpiya stadionuna, oyun bitdikdən sonra isə 120 ədəd ən müasir avtobuslarla 11 000 nəfərə yaxın sərnişinlərin əks istiqamətə daşınması təşkil olunmuşdur. Prosesə şirkətin 120-dən çox sürücüsü, 20 nəfər dispetçer heyəti, 10 nəfər icraçı şəxs cəlb olunub.
Təxmini hesablamalara görə, “Xaliq Faiqoğlu” şirkəti tərəfindən həmin gün 21 mindən artıq azarkeşə pulsuz nəqliyyat xidməti göstərilib.
Bu məqsədlə tədbir günü sərnişindaşıma xidmətinin təşkilində nümunəvi fəaliyyətinə görə seçilən sürücü və dispetçerlərin mükafatlandırılması üçün şirkətin inzibati binasında media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq artıq bir neçə ildir Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla və yüksək təşkilatçılıqla ev sahibliyi etdiyini bildirmişdir. F.Seyidov demişdir: “Bu yarışların təşkili prosesində gələn qonaqların, idmançıların, oyunların izləyicilərinin rahat və təhlükəsiz şəkildə daşınmasında peşəkar sürücü və dispetçer heyəti ilə “Xaliq Faiqoğlu” şirkəti hər zaman nümunəvi fəaliyyəti ilə seçilmişdir. I Avropa Oyunlar, IV İslam Həmrəyliyi oyunları və digər tədbirlərdə “Xaliq Faiqoğlu” şirkəti müasir avtobuslarla istər qonaqların, istərsə vətəndaşların daşınmasında aktiv və təmənnasız xidmət göstərmişdir. Nümunəvi fəaliyyətinə görə şirkət müvafiq dövlət qurumları tərəfindən dəfələrlə mükafatlandırılıb”.
Sonda oyun zamanı azarkeşlərin daşınmasında fəal iştirak etmiş sürücü və dispetçerlər şirkət rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Mbappe "Real"a bu müdafiəçini tövsiyə etdi
Bissuma “Qalatasaray”a keçə bilər
İspaniya millisinin baş məşqçisi şoka düşüb
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Rafinya komandaya qayıtmağa hazırlaşır
PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində
Messi hələ də “Barselona”ya azarkeşlik edir
İngiltərə millisində gözlənilməz dəyişiklik
Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
“Ayaks" yeni baş məşqçisini tapdı
"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla qalib gəldi
Azərbaycan millisində ciddi itki
İnyesta haqda cinayət işi açıldı
40 yaşlı Modriçlə müqavilə uzadılacaq
Yamal Türkiyə millisi ilə oyunu buraxacaq
Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı
Neymardan imtina etdilər
"Fənərbaxça" UEFA-ya şikayət etdi
Mourinyo yenə narazıdır
Zidan məşqçiliyə qayıdır
"Atalanta"nın yeni baş məşqçisi bəlli oldu
Levandovski bu mövsümün sonunda karyerasını başa vura bilər
"Barselona"dan ayrılan futbolçu Premyer Liqa klubunda
Koxalski üçün Niderlanda qarşı oynamaq şansı
“Şamaxı” yoxlama oyunu keçirəcək
Millimiz ilk məşqinə çıxdı - Şəkillər
Kyeza İtaliya millisinə qatılmaqdan imtina etdi
Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırıldı
Alman klubundan Mahir Emreli ilə bağlı rəsmi açıqlama
Musiala zədədən sonra ilk dəfə məşq etdi
Levandovski ən çox het-trik edən futbolçu oldu
Neymarın oyunu tənqid olundu
"Mourinyo mənim üçün əsl örnəkdir"
“Atalanta” baş məşqçisi ilə yollarını ayırdı
Qvardiola Haalandın qərarından narazı qaldı
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Millimizdən İslamiadada növbəti qələbə
UEFA-dan Babək Quliyevə təyinat
Rodriqo İngiltərə Premyer Liqasına keçə bilər
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
“Real”ın qapıçısı zədələndi