“Düzdü, İspaniya çətin rəqibdi, amma Azərbaycan millisi də asan yeniləcək komanda deyil. Artıq 5-ci dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli, kifayət qədər təcrübəmiz var”.
Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə milli komandamızın kapitanı Rizvan Fərzəliyev Azərbaycan Futbol Federasiyasının rəsmi Feysbuk səhifəsinə açıqlamasında deyib.
Millimizin Avropa çempionatındakı rəqibləri - İspaniya və Fransanı dəyələndirən 37 yaşlı oyunçu çətin qrupa düşdüklərini, ancaq sona qədər mübarizə aparacaqlarını söyləyib:
“Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük. Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir. Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər. Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndir. Deməli, Fransa komandası hazırda yüksəlişdədir.
Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalar hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”