Bu gün “Neftçi”nin mətbuat xidməti rəhbəri vəzifəsinə təyin olunan jurnalist Anar Şabanoğlu (Anar İsgəndərov) və klub və Azərbaycan futbolu üçün yad sima deyil.
A.Şabanoğlu 18 ildir idman jurnalisti kimi fəaliyyət göstərir. Onun yazıları tez-tez Azərbaycanın ən nüfuzlu qəzetlərində (ictimai siyasi qəzetlərdən “525-ci qəzet”, idman nəşrlərindən “Futbol+”) dərc olunub. A.Şabanoğlu Qol.az saytı ilə də yaxından əməkdaşlıq edib. 
Anar Şabanoğlu, Moskvada "Neftçi"nin qələbəsini qeyd edərkən
O, Rusiyada çalışdığı dövrdə, “Birlik kuboku” zamanı “Neftçi”nin oyunlarında yaxından iştirak edib, Moskvada yaşayan azərbaycanlıların komandanın oyunlarında iştirakı üçün onlara maddi və mənəvi dəstək göstərib. “Neftçi”nin mətbuat xidmətinin yeni rəhbərinə bundan sonrakı işində uğurlar arzulayır və oxucuların onu daha yaxından tanıması üçün redaktorumuz Aydın Bağırovun hələ bu ilin martında Anar Şabanoğölu barədə yazdığı yazını yenidən dərc edirik.
***
Bizim Anar
Jurnalistikamızın “qızıl oğlan”ının 35 yaşına
Jurnalistikaya gələndə cəmi 16 yaşı varmış...
O, bu göstəriciyə görə Azərbaycan idman mətbuatının tarixinə düşmüş ən gənc kadrlardandır.
1999-ci ilin əvvəlləri imiş. “Futbol+” qəzetinə iş üçün müsabiqəyə gəlib və idman mediasının bir çox istedadlı nümayəndəsinin ustadı olan Mahir Rüstəmlinin imtahanından bacarıqla çıxa bilib. Mahir deyir çox iddialı gəlmişdi, ona görə də elə hər sahədə sınadıq. Qəzetdə gah müxbir olub, gah fotoqraf. Yaxşı yazıları, müsahibələri var Anarın, tarixi bir şəkil də çəkib. Heyf, internetdə nə qədər axtarsam da, tapa bilmədim. Amma gərək ki, “Futbol+”in arxivində qalar. Söhbət Zaur Tağızadənin 1999-cu ildə Portuqaliya ilə oyunda Vitor Bayanın ayaqları arasından keçirdiyi qolu əsl fotoqraflara xas tərzdə “tutmasından” gedir.
İdman jurnalistikamız üçün unikal insandır. Bir gün jurnalist ola bilər, başqa bir gün iş adamı. Səsi bir səhər Bakıdan gələ bilər, elə həmin günü axşam isə Moskvadan. Futbolu və jurnalistikanı dəlicəsinə də yox, manyakcasına sevir desəm, yanılmaram. Yoxsa normalda heç kim yaşadığı Moskvadan neçə minsə kilometr qət edib Enshedəyə (Hollandiyada bir şəhər) getməzdi ki... Vaqif Cavadovdan müsahibə alsın!
Amma dərinə gədəndə, görürsən ki, Anar bunları təkcə jurnalistikaya görə də yox, bir az pafoslu səsləndə də, vətəninə, Azərbaycana bağlılığına görə edib. İstedadlı bir insanla həmişə qürur duyub və ona dəstək olaraq bacardığı nə varsa etməyə çalışıb. Elə Vaqifə münasibəti də bundan irəli gəlirdi. Onda Cavadovun “Tvente”yə təzə gedən vaxtları idi.
Nəysə, biz yaxşısı budu Enshededən qayıdaq Moskvaya. Çünki Anar orda yaşayırdı (elə indi də ordadı), iş adamı kimi fəaliyyət göstərirdi və... bir də görürdün neçə yüz dənəsə bilet alıb Rusiya paytaxında yaşayan azərbaycanlılar arasında paylayır ki, gedib “Birlik kuboku”nda “Neftçi”nin ermənilərlə oyununa baxsınlar.
Belə fədakarlığı Rusiyada yaşayan heç bir oliqarx azərbaycanlı etmirdi.
Heç “Neftçi”nin milyonçu rəhbərləri də etmirdi.
Amma kasıb jurnalist Anar Şabanoğlu edirdi...
Hə, yadıma düşmüşkən bir faktı da deyim. Elə həmin “Birlik kuboku”nda “Neftçi”nin ermənilərlə oyununda təkbaşına erməni azarkeşlərin yığışdığı yerə gedib Azərbaycan bayrağının üstünə asılmış Ermənistanın bayrağını götürmüş və bizim bayrağın yanında bir əsgər kimi keşik çəkmişdi
Deməli, bu Anar təkcə idman mətbuatımızın deyil, elə hamımızındı.
Sənin...
Mənim...
Azərbaycanın!
Aydın BAĞIROV
31 mart, 2017
"Sumqayıt"da itki
"El-Klasiko"nu buraxacaq
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk
“Şaxtyor” uduzdu, "Rayo Valekano"dan qələbə