"Roma"nın baş məşqçisi Bakıda problemlə üzləşdi - Video

"Roma"nın baş məşqçisi Bakıda problemlə üzləşdi -  Video
XƏBƏR 28 Sentyabr 2017 / 15:10 7399
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Qarabağ” – “Roma” oyunundan sonra qonaqların baş məşqçisi  Eysebio Di Françesko axsayan halda görünüb.

Qol.az xəbər verir ki, o, sağ dizində ağrılar hiss edib. İtaliya mətbuatına yer alan xəbərə görə,  Di Françeskonun dizində uzun müddətdir ki, ağrılar var. O, bəzən ağrılar hiss edəndə dizinə buz bağlayır.

Dünənki yağışlı və soyuq havadan sonra dizində ağrılar hiss edən çalışdırıcı bu üsuldan istifadə etməli olub.




Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner