Rüstəm Əfsərli "Neftçi"dən ayrıldı

Rüstəm Əfsərli "Neftçi"dən ayrıldı
XƏBƏR 28 Sentyabr 2017 / 14:37 3817
-  A +

“Neftçi”nin Media və Marketinq Departamentinin rəisi Rüstəm Əfsərli klubdan ayrılıb.

Qol.az-ın məlumatına görə, o, şəxsi işləri ilə əlaqədar bu qərarı verib. Əfsərli yenidən “CBC Sport” telekanalındakı işini davam etdirəcək. Onun “Neftçi” ilə hər hansı problemi olmayıb. O, Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Əfsərli bu ilin iyun ayından “Neftçi”də çalışırdı. O, bundan əvvəl "Simurq" və AZAL klublarında da işləyib. 2015-ci ildən “Neftçi”də çalışana qədər isə  "CBC Sport"da şərhçilər qrupuna rəhbərlik edirdi.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner