“Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirildi

“Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirildi
XƏBƏR 28 Sentyabr 2017 / 13:26 2006
-  A +

Topaz Premyer Liqanın 7-ci turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirilib.

Qol.az-ın məlumatına görə, komandalar I dövrənin oyununu sentyabrın 29-da Qəbələdə keçirəcək.
 
Gəncə təmsilçisi Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək “Kəpəz” – “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib.
 
Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL oyunun Qəbələ şəhər stadionunda keçirilməsinə, meydan sahibi kimi “qırmızı-qaralar”ın göstərilməsinə qərar verib.
 
Komandaların iştirakı ilə 13-cü turda keçiriləcək oyunda meydan sahibi  “Kəpəz” olacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner