"Roma"nın yarımmüdafiəçisi Lorenso Pelleqrini Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin sualların cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Asan oyun olmadı. Manolasla hesabı açdıq. Cekonun sayəsində 2-ci qolu vurduq. Ümumiyyətlə, bu səfər çox ağır idi. Bura gəlmək də asan deyildi. Əsas olan nəticədir ki, bunu da qazanmışıq.
- "Roma"nın Çempionlar Liqasının 1/8 finalına yüksəlmək şansları barədə nə düşünürsən?
- Hər kəsə aydındır ki, qrupumuz çətindir. Hazırda 4 xalımız var. Xal ehtiyatımızı artırmalıyıq. Hələ çox çalışmalıyıq. İndidən nəsə demək çətindir. Rəqiblərimizin oyunundan da çox şey aslıdır.
- Eysebio Di Françesko sizin oyununuzda razı qaldığını söylədi...
- Bəli, amma qələbə daha önəmli faktordur. Çünki rahat şəkildə qazanmadıq. Çox sevinirəm ki, hamımız biz yumruq olub mübarizə apardıq. 3 xal bizə lazım idi.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi