Gənclər və İdman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Roma” (1:2) matçı haqda danışıb.
Qol.az-ın məlumatına görə, nazir futbolxeber.az-a açıqlamasında Ağdam klubunun oyunundan razılığını ifadə edib: “Komandamızın oyununu böyük qürur hiss ilə izlədik. Gözləməzdik ki, “Qarabağ” dünyaca məşhur İtaliya klubu “Roma”nı qapısına doğru belə sıxar. “Qarabağ” gündən-günə inkişaf edir. Bu, təmsilçimiz üçün böyük təcrübədir. İnanırıq ki, gələcəkdə də Ağdam klubu azarkeşləri öz inamlı oyunu ilə sevindirəcək”.
Azad Rəhimov Bakı Olimpiya Stadionunun 2019-cu ildə Avropa Liqasının final oyununa ev sahibliyi etməsinə də münasibət bildirib:
“Azərbaycan daim mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. UEFA da məhz bu səbəbdən Bakıya etimad edib. İnanıram ki, bu cür möhtəşəm oyunun da öhdəsindən yüksək səviyyədə gələcəyik”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi