Futzal çempionatında 7 komanda - püşk atıldı

Futzal çempionatında 7 komanda -  püşk atıldı
XƏBƏR 27 Sentyabr 2017 / 18:18 2800
-  A +

Bu gün AFFA-nın Futbol Akademiyasının iclas zalında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edib.
 
Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib.
 
Püşkün nəticəsinə əsasən, Yüksək Liqanın I turunun təqvimi aşağıdakı kimi olacaq:
 
30 sentyabr

15:00. “Neftçi” – “Yasamal”

16:30. EKOL – “Araz”

18:00. İD.Futsal – “Marafon Futsal”
 
Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçiriləcək Yüksək Liqa 4 dövrədən ibarət olacaq. “Xəmsə” komandası birinci turda istirahət edəcək. I turun oyunları ABU Arenada keçiriləcək. 
 

Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə