Timo Verner türk azarkeşlərin səsinə dözmədi

Timo Verner türk azarkeşlərin səsinə dözmədi
XƏBƏR 27 Sentyabr 2017 / 14:41 5481
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Beşiktaş” – “Leypsiq” oyununda (2:0) maraqlı hadisə yaşanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qonaqların futbolçusu Timo Verner "Vodafon Park"ı tam dolduran “Beşiktaş” azarkeşlərinin stadionda yaratdığı gurultuya dözə bilməyərək əvəzlənib.

Almaniya millisinin üzvü matçın ilk dəqiqələrində qulaq tıxacından istifadə etsə də, bunun faydası olmayıb. O, görüşün 32-ci dəqiqəsində əvəzlənməyini istəyib. Baş məşçqi onu Lukas Klostermannla əvəzləyib.

Qeyd edək ki, Timo Verner oyundan əvvəl iddialı açıqlama verərək "azərkeşlərdən çəkinmirik, "Beşiktaş" nə "Bavariya"dır, nə də "Borussiya", biz bu atmosferləri görmüşük" demişdi.



Son xəbərlər