Ərəbistanda qadınlar ilk dəfə stadiona buraxıldı

Ərəbistanda qadınlar ilk dəfə stadiona buraxıldı
XƏBƏR 26 Sentyabr 2017 / 22:25 3880
-  A +

Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadınları futbol stadionuna buraxıblar.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qadınlar Ər-Riyaddakı Kral Fəhd adına stadionda təşkil olunan bayram mərasimində iştirak ediblər.

Qeyd edək ki, bu ölkədə kişi və qadınların kinoteatrlar, stadionlar kimi kütləvi tədbirlərin keçirildiyi məkanlarda birgə iştirakı qadağandır.

Son xəbərlər