“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Miçel Maderanı cəzalandırıb.
Qol.az-ın xəbərinə görə, buna ispan futbolçunun “Sumqayıt”la Topaz Premyer Liqanın 6-cı turunun matçında (4:1) lüsumsuz yerə qırmızı vərəqə alması səbəb olub.
Qeyd edək ki, Madera meydandan çıxarkən Q.Qurbanov ona sərt formada etirazını bildirib.
Bu gün “Roma” ilə Çempionlar Liqasının oyunu öncəsi keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Miçeli cəzalandırdığını təsdiqləyib: “O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda belə şeylər olur. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah da meydanda olma ehtimalı çoxdur”.
Qeyri-rəsmi xəbərə görə, Q.Qurbanovun qərarı ilə Madera 10 min manat cərimə edilib.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi