Bolqarıstan Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb.
Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Belə ki, Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.
Allahverdiyev isə Pavel Platon (Moldova), Denis Lapuşanski (Belarus) və Rafael Hovannisyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/2 finalda bolqarıstanlı Daniel Lyubenova məğlub olaraq, bürünc medalla kifayətlənib.
Yığmamız komanda hesabında 12-14-cü yerləri bölüşüb. Siyahıda birinci yeri isə 7 qızıl və 2 bürünc medal qazanan Rusiya tutub.
Qeyd edək ki, birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi