Bu gün birinci divizionda 2017/18 mövsümünün püşkü atılıb.
Qol.az-ın məlumatına görə, cari mövsüm aşağı liqada 10 komanda mübarizə aparır ki, onlardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” çempionatın debütantlarıdır.
İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:
“Xəzər” - “Mil-Muğan”
“Turan-Tovuz” - “Şüvəlan”
“Ağsu” - “Zaqatala”
MOİK - “Qaradağ-Lökbatan”
“Sabah” - “Binə”
Qeyd edək ki, mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq.
Birinci divizionda yenilik: 3 dövrə
2017/18 mövsümündə futbol üzrə Azərbaycanın I divizionu 3 dövrədən ibarət olacaq.
Qol.az saytının məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. O qeyd edib ki, bu addım komandaların daha çox oyun keçirməsi üçün atılıb.
Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Bu isə o deməkdir ki, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Limit isə belədir: komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.
Çempionat iştirakçıları eyni topla mübarizə aparacaqlar.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu