Rauf Əliyev böyükhesablı qələbədə pay sahibi oldu - Video

Rauf Əliyev böyükhesablı qələbədə pay sahibi oldu -  Video
XƏBƏR 25 Sentyabr 2017 / 01:00 8670
-  A +

Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin sabiq üzvü Rauf Əliyevin çıxış etdiyi “Kukesi” doğma meydanda “Laçi”yə qalib gəlib – 3:0.

90 dəqiqə meydanda olan Əliyev ilk qolun vurulmasında pay sahibi olub. 61-ci dəqiqədə onun zərbəsindən sonra top rəqib futbolçuya dəyərək qapıdan keçib.  Rauf 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qeyd edək ki, “Kukesi” hazırda 7 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.




Son xəbərlər