“Komandamız mənim istədiyim kimi top saxlamır. Bu gün çox imkan əldə etdik, amma 2 dəfə fərqləndik, amma müdafiədə çox səhvlər etdik. Məşqçimiz səhvləri bilir”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcədov bu gün “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqanın oyunundan sonra bildirib.
O daha sonra əlavə edib ki, çempionatın limiti dəyişdirilməlidir: “Yerli oyunçu baxımından əziyyət çəkirik. Nəticə qazana bilmirik deyə demirəm. Məsələyə ümumi baxıram. Çempionatda "Qarabağ"dan başqa hamı bu problemlə üzləşir. Ola bilsin ki, onlar bu işi daha yaxşı görüblər. Yəqin ki, "Qarabağ" bu məsələdə daha yaxşı iş görüb. Bunu etiraf etmək lazımdır. Biz də etmək istəyirik, ancaq alınmır. Yerli futbolçu demək olar ki, yoxdur”.
F.Nəcəfov bildirib ki, o, bununla bağlı fikirlərini Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də çatdırıb: “O, mənimlə tam razıdır. Özündən də soruşa bilərsiniz. Bu məsələni qaldırmaq lazımdır ki, növbəti mövsüm bunu azaldaq. Demirik ki, birdəfəlik limit ləğv olunsun. Start heyətdə 5 deyil, 3 azərbaycanlı olsun. Ancaq süni inkişafla uğur olmaz. Limit üçə endirilsə, futbolçular arasında da rəqabət yüksək olacaq”.
"Qəbələ"də maaş problemi varmı?
F.Nəcəfov klubda maliyyə durumunun zəifləməsi barədə xəbərlərə də münasibət bildirib: “Siz bunu hardan eşitmisiniz? Bu, normal haldır. Bir az gecikmə oldu. Artıq məvaciblər verilib. Hər şey qaydasındadır. Komandada ab-hava yaxşıdır”.
"Sumqayıt"da itki
"El-Klasiko"nu buraxacaq
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk