"Zirədə bir xal qazanmaq yaxşı nəticədir" - Svanadze

"Zirədə bir xal qazanmaq yaxşı nəticədir" -  Svanadze
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2017 / 22:45 2144
-  A +

“İlk hissədə yaxşı oynadıq. Mübarizə apardıq. Hər şey qırmızı vərəqəyə kimi yaxşı getdi”.

Qol.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 6-cı turunda “Zirə” ilə keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis səfərdə qazanılan 1 xalı qaneedici hesab etdiyini bildirib: “Zirə” yaxşı komandadır. İkinci hissədə çox təzyiq etdilər. Zirədə bir xal qazanmaq yaxşı nəticədir. Uşaqlara təşəkkür edirəm”.

Svanadze haik idarəçiliyi haqda da danışıb: “Qol epizodu haqda dəqiq nəsə deyə bilmərəm. Təkrara baxmaq lazımdır. Qırmızı vərəqəyə gəldikdə isə İlkinin ilk sarı vərəqə aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, bu qərar düzgün deyildi”.

Svanadze komandanın kapitanı Nizami Hacıyevin zədəsi ilə bağlı da məlumat verib:
“Deyəsən əzələsində yırtıq var. Yaxşı ki, qarşıda fasilə var. Yəqin ki, bu müddətdə sağalar”.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner