“Barselona”nın hücumçusu Lionel Messi bu mövsünə uğurla başlayıb
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı futbolçu La Liqanın ilk 5 turunda 9 qol vurub. Bu da onun bütün karyerası ərzində ən uğurlu başlanğıc sayılır.
30 yaşlı ulduz oyunçu 2 qolu “Alaves”ə, 3 qolu “Espanyol”a, 4 qolu isə “Eybar”a vurub. Bunadək Messinin ən yaxşı göstəricisi 2011/12 mövsümündə olmuşdu. Həmin vaxt o, ilk 5 turda 8, yekunda isə bütün turnirlərdə 82 qol vurmuşdu.
Messi İspaniya çempionatlarında ilk 5 turda neçə qol vurub?
2004/05 – 1
2005/06 – 0
2006/07 – 2
2007/08 – 5
2008/09 – 4
2009/10 – 5
2010/11 – 3
2011/12 – 8
2012/13 – 6
2013/14 – 7
2014/15 – 3
2015/16 – 3
2016/17 – 4
2017/18 – 9
Messi də 9 qol vurub, "Real" da
Qeyd edək ki, həm də Messinin bu mövsüm vurduğu qollar sayəsində "Barselona" 15 xalla liderdir. Kataloniya klubu əzəli rəqibi "Real"ı 7 xal qabaqlayır. Maraqlıdır ki, bu mövsüm "Real" bütün komanda olaraq cəmi 9 qol vurub. Yəni bir tək Messinin vurduğu qolların sayı qədər.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq