“Uşaq futbolunda səhvlərə yol verilib”
Topaz Premyer Liqasının VI turunun “Qarabağ” - “Sumqayıt” (4:1) qarşılaşmasını izləyən milli komandamızın baş məşqçisi Robert Prosineçki matçdan sonra müsahibə verib. Müsahibəni təqdim edirik.
- Oyundakı tempdən, millinin üzvlərinin çıxışından razı qaldınız?
- “Qarabağ” hər matçda rəqiblərini məğlub edir, bu da normal haldı. Çünki futbolçuları keyfiyyət baxımından digərlərindən seçilir. Buna görə də oyunları rahatlıqla keçirirlər.
- Digər tərəfdən millinin üzvləri çempionatda rəqabət görmürlər. Bu, baş məşqçi kimi, sizi narahat etmir?
- Bu problemlə indi deyil, 3 ildi üz-üzəyəm. Təbii ki, millinin baş məşqçisi olaraq təkcə mənim deyil, “Qarabağ” üçün də ciddi problemdir. Çempionatda təzyiqlə üzləşmədiklərinə görə, “Çelsi” ilə matçda bu problemi gördük. İndi “Roma” ilə oyun gəlir və “Qarabağ”ı çətin oyun gözləyir. Ümumiyyətlə, bu cür rəqiblərə qarşı fərqli futbol oynamaq lazımdır.
- Mahir Mədətovun vurduğu qolları bəyəndinizmi?
- Qapıya tərəf iki zərbə endirdi və hər ikisi qol oldu. Çox gözəl qollar vurdu.
- Qarşıdan Çexiya, ardınca isə Almaniya ilə seçmə mərhələ oyunları gəlir. Sizi narahat edən məqamlar varmı?
- Nə varsa əvvəldən olan problemlərdir. İndi narahat olacaq yeni problem yoxdur.
- “Roma” ilə matçda “Qarabağ”ın xal qazanmaq şansı nə dərəcədə realdır?
- Reallığı nəzərə alsaq, çox çətindir. Amma futbolda möcüzələr də baş verir, çox şey dəyişir. Çempionlar Liqası tam fərqli səviyyədir və komandalar yüksək oyun nümayiş etdirirlər. “Qarabağ”ı çətin oyun gözləyir, amma lehinə olan məqamlar az deyil – tribunaların dolu olacağı, doğma meydan amili və s. Milli də Xorvatiyaya qarşı doğma meydanda qolsuz heç-heç etməklə 1 xal qazanmışdı. Yenə deyirəm, “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalara qarşı oynamaq çox çətindir.
- Millinin hazırlıq planı necə olacaq?
- Sentyabrın 30-da təlim-məşq toplanışı başlayır. Turdan sonra Çexiya ilə matça hazırlaşmaq üçün az vaxtımız qalır. Oyunun səhərisi günü Almaniyaya yollanacağıq. Vaxtımız azdı, amma çempionatın təqvimi belədi, nə edə bilərik?
- U-21-lə bağlı hazırkı durum sizi narahat edirmi? İrlandiya ilə oyundan sonra hirsli idiniz…
- Ona görə hirsli idim ki, U-21 əsas millinin ehtiyat komandasıdır. Amma ehtiyat komandadan əsas milliyə yüksələcək potensiallı futbolçu görmürəm. Halbuki bu gün bizə bir neçə mövqedə rəqabət yaradacaq alternativ futbolçular lazımdır. Hirslənirəm ki, gənc futbolçular arasından seçim edə bilmirik.
- Bu futbolçular klublardan gəlirlər. Deməli, ordakı məşqlərin səviyyəsi çox aşağı olur. Klublarla milli əlaqəli şəkildə işləyirmi?
- Gənc oyunçulardan danışarkən, hazırkı nəsildən söhbət gedir. Uşaq futbolunda səhvlərə yol verilib. Konkret U-21-dən danışsaq, burda oynayan futbolçu sabah əsas milliyə namizəd olmalıdır. Ancaq bu gün həmin potensiala sahib oyunçu görmürük. Bəlkə 10 ildən sonra daha yaxşı nəsil yetişəcək. Lakin bu gün 19-20 yaşlı futbolçular yüksək səviyyədə çıxış edə bilmirlər ki, əminliklə onun əsas milliyə namizəd olduğunu qeyd edim (futbol11.az).
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu