Samir Abasov “Voyvodina”nın düşərgəsində

Samir Abasov “Voyvodina”nın düşərgəsində
XƏBƏR 20 Sentyabr 2017 / 17:05 4811
-  A +

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyalı məşqçi kursu ilə əlaqədar Serbiyaya yollanıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə, 39 yaşlı çalışdırıcı təcrübə proqramının növbəti mərhələsini “Voyvodina”nın düşərgəsində keçirəcək.  Bu, 18-21 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq məşqçinin UEFA-nın PRO kateqoriyalı kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridir.

Daha çox


Son xəbərlər