"Ardanın komandaya faydalı olacağına inansam..." - Valverde

"Ardanın komandaya faydalı olacağına inansam..." - Valverde
XƏBƏR 18 Sentyabr 2017 / 21:32 7896
-  A +

"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu Arda Turan haqda açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçini növbəti matçlarda oynadıb-oynatmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bütün futbolçular komandanın bir hissəsidir. Arda da "Barselona"nın oyunçusudur. Mövsüm uzundur. Hər kəsə bərabər davranmağa çalışıram.  Əgər onun komandaya faydalı olacağına inansam, əlbəttə, oyunlarda şans verəcəm".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner