Məhkəmə Runi haqda qərar verdi

Məhkəmə Runi haqda qərar verdi
XƏBƏR 18 Sentyabr 2017 / 16:23 3625
-  A +

“Everton”un hücumçusu Ueyn Runinin məhkəməsi keçirilib.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, məhkəmə ulduz futbolçunun avtomobili içkili idarə etdiyini təsdiqləyib.

Sentyabrın 1-də gecə saatlarında Çeşir qraflığında saxlanılan 32 yaşlı futbolçu 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bundan başqa ona 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.

Qeyd edək ki, "Everton" bu hərəkətinə görə Runini 300 min funt (təqribən 326 min avro) cərimələyib.

Son xəbərlər
01.05.26  23:00

"Yuventus"dan ayrılır

topaz banner