“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov klubun son oyunlarına münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, özünün Feysbuk səhifəsində o yazıb ki, klub tarixinin ən uğursuz dönəmindən sonra yenidən prezident üsul - idarəsinə qayıtdı:
“Müşahidə Şurası dağıdıcı missiyasını uğurla yerinə yetirdikdən sonra, kağız üzərində qalmaq şərtilə ideoloqlarının yanına, məcburi, uzun müddətli istirahətə göndərildi. Planı sona çatdırmaq üçün növbəni yeni "missioner"lər qəbul etdi..
2-3 ildi havadarlar öz kadrlarını kluba yeritməklə milyonları havaya sovurur. Biri gedir, digəri gəlir. "Neftçi" isə autsayder rolunu möhkəmləndirməkdə davam edir. Klub anti-rekordlarını qıra-qıra idman direktoru dərhal icraçı direktor olur, sonradan prezident təyin edilir. "Desantura" rolunu mükəmməl həyata keçirərək vəzifə çəkiləri günü-gündən artır. Analoqu olmayan kadr siyasətidir. Sanki "Neftçi"nin çökməsi, məhv edilməsi kimlərəsə sərf edir...
Prezident təyin olunan Orxan Hüseynzadə bir-iki geniş müsahibə verərərək "Neftçi"nin hədəflərini açıqlamışdı. Yeganə cavabdehlik daşıyan şəxs olduğunu bəyan etmişdi. Eyni zamanda heyəti qoruyub saxlayacaqlarını bildirmişdi. Xatırladaq, rəqabətsiz 8 komandalı çempionatda "Neftçi" 7-ci olmuşdu. Bu açıqlama klub rəhbərliyinin futbolu necə dərindən "bilməsinin" əyani göstəricisi idi. Kreditlər hesabına qışda heyəti dəyişən, legionerləri gətirən, yerli futbolçuların didərgin salınmasını davam edən rəhbər, məşqçi heyətinin "qışdan sonra başqa "Neftçi" görəcəksiz" adıyla yollarını davam etdirdilər. Nəticələri hər kəs görür. "Neftçi"nin, daha doğrusu, "layiqli" kadrları ilə birgə havadarından başqa...
"Neftçi"nin prezidenti Orxan Hüseynzadə
Çempionat, kubokdakı fiaskodan sonra brendləşmiş "importnı"ların dəstəyilə təsisçilər yenidən aldadıldı. "Günahkar"lar cəzalandırıldı. Minimum 5-6 ay da "Neftçi" günlərini sürdürmək üçün vaxt qazanıldı. "Neftçi"ni, futbolu, nəticələri düşünən kim idi? Rahat istirahətə yollanmaq olardı...
7-ci yeri tutan komandanın rəhbər, məşqçi, futbolçuları ağır, "uğurlu" mövsümdən sonra iki ay məzuniyyətə yollandı. "Neftçi" azarkeşlərinin mənəvi iztirabı, digər klubların qazandığı mükafatlar fonunda istirahət mükafatını layiq olmayanlar qazanmışdı. Çempionatın ilk 5 turundan sonra yaxşıca dincəldiklərini turnir cədvəlindəki mövqe açıq göstərir. Sponsorların ayırdıqları milyonlar, xalqın, dövlətin vəsaiti ilə 80 yaşlı ağsaqqal "Neftçi"ni övlad, nəvələri qarşısında başı aşağı ediblər. Nəzarət yox, tələb yox...
Fikirlərimi indi bildirmirəm. Bir çoxuna sərf etməsə də, təhlillərimi, vəziyyətin necə olacağını öncədən ictimaiyyətə açıq çatdırmışam. Bu böyük məsuliyyət tələb edir. Səsləndirilən fikirlər yanlış çıxacağı durumda, dediklərim qərəz, ən yaxşı halda səhv, futbolu dərindən bilməmək kimi qiymərləndiriləcəkdi. Nə deyiriksə, altından imza atıb məsuliyyətimizi dərk edərək bildiririk. Bomba partlayandan sonra, "bomba partladı" deməyə nə var ki?!...
"Neftçi" cavabdehləri turnir cədvəlinə yaxşı baxsın. Futbolu başayaq bildikləri kimi turnir cədvəlinə başayaq baxmasınlar. Birinci yerdə gedən "Zirə"nin büdcəsi "Neftçi"dən qat-qat aşağıdır. "Pulumuz yoxdur" deyərək az "ağlayıb" "Neftçi" azarkeşi, millət aldadılmasın. 3 ildi "göydən 3 alma düşdü" nağıllarını ictimaiyyətə sırıya-sırıya Qubanın alma bağları quruyub artıq.
Xalqın gözü tərəzidir. Hiyləgər addımlarla manevr imkanları da tükənib. Futbol ictimaiyyəti, "Neftçi" azarkeşi mövsümlər keçdikcə aldadıldıqlarını görür. Vəziyyət nə yerə çatıb ki, "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz" və digər klubların azarkeş-fanatları da "Neftçi"nin dirçəlməsini istəyir, dəstək verir. Gözəl bilirlər, "Neftçi" əzəmətinin geri qayıtması çempionatda rəqabəti artıra, digər klubların da güclənməsinə, yenidən bərpasına təkan verə bilər. Azarkeşlər ümidlə yaşayır...
5 tura 2 baş məşqçi, bir məşqçi əvəzi və 1(!) xal. "Neftçi" rəhbərliyini təbrik etmək olar. Verdikləri sözə əməl ediblər. Stabil heyət, özlərinə uyğun stabil nəticə... "Neftçi" məhv edilməkdə davam edilir. Rəhvərlik əlcək kimi baş məşqçiləri dəyişib onları "yükləməklə" günlərini uzadır, istirahətlərini davam etdirirlər. Hər gələn baş məşqçi də "mənim komandam deyil" adıyla öz günlərini uzadır...
Hər kəs dərk etməlidi, "Neftçi" özəl klub deyil, ənənəsi, illərlə formalaşan oyun dəst-xətti, baxımlı, texnikalı oyuna üstünlük verən, lider özəlliyi olan klubdur. Bu kriteriyalara cavab verən rəhbər, məşqçi, futbolçular "Neftçi"də olmalıdır. Bunun üçünsə futbolu, idarəçiliyi dərindən bilmək lazımdır. Yoxsa hər gələn məşqçi 4-5 aydan bir yerli, legionerli 10-15 futbolçu gətirəcək, sonra da sağollaşıb, "alınmadı rəis" deyib gedəcək. Klub başbilənləri isə heç bir məsuliyyət daşımayacaq...
"Baş məşqçiyə bütün səlahiyyətlər verilib", başaldatmasıyla tarixi klub "sığorta" şirkətinə çevrilib. Futbolu bilənlər üçün məşqçinin səlahiyyətləri bəllidi. Ötən mövsüm çempion "Qarabağ" bir qədər büdrəyən kimi klub prezidenti Abdulbari Gözəl dərhal komandaya qarşı sərt çıxışıyla yadda qaldı. Tarixi uğurlar qazanmış məşqçi, futbolçulara belə güzəşt olunmadı. İndiki "Neftçi" idarəçiliyi, təfəkkürü ilə məşqçi, futbolçular özlərini Havay adalarındakı kimi hiss edir. İllərlə dediklərimizi artıq klubda əvəzlənən məşqçilər də dilə gətirir. Futbolçular məğlubiyyətə elə alışdırılıb ki, artıq azarkeşlər də buna uyğunlaşdırılır. "Neftçi" boyda klub nə günlərə salınıb ki, məğlubiyyətə (!) "hücum futbolu oynadıq adıyla" sevinilir, azarkeş, millətin ruhuna yeridilir. Rəqabətsiz çempionatda 2-3 qələbə qazanılsa toy-bayram olar ki?! "Neftçi" heç Milanda "İnter"ə qarşı müdafiə futbolu oynamayıb...
Müasir futbolda ərazi üstünlüyü, iki-üç hücumçu ilə oynamaq qələbə təminatçısı deyil. Hər rəqib oyuna müvafiq taktikayla çıxır və oyunun sonunda nəticə bəlli olur...
"Neftçi"nin indiki heyəti ölkə çempionatında yaxşı çıxış etməyə yetərlidi. Qarşıda "Xəzər Lənkəran", "Bakı", "İnter"(güclü vaxtları) deyil. Heç "Simurq", əvvəlki AZAL da yoxdu. Bir "Qarabağ", "Qəbələ"dir. Hər zaman bildirmişəm, "Neftçi"nin büdcəsi çempionluq üçün kifayətdi. Yetər ki, klubda peşəkar iş görülsün...
İlk turlarda biabırçı nəticələrə görə günahkar tək məşqçilərdisə, klub rəhbərliyində mövcud olan bütün vəzifələr ləğv olunmalıdır. Havayı yüz min, milyonlarla vəsait çölə niyə atılsın ki?! Onsuz da xalqın qarşısına çıxıb yanlış addımlara görə hesabat vermək əvəzinə havadarlarının qapısını kəsib imdad diləyirlər. 2-3 ildi şəffaflıqdan danışan rəhbərlik kütləvi şəkildə gətirilən legionerlərə, özlərinə, kluba ödənilən on milyonlarla vəsaitin necə külə çevirdiklərinin hesabatını verməlidir. "Neftçi"yə kimlərinsə şəxsi vəsaiti xərclənmir. Xalqın, dövlətin puludur...
Baş məşqçi, futbolçuların cavabdehlik daşıdığı klublara futbol dili ilə zavod, fabrik, həvəskar komanda deyilir. Təəssüf ki, Azərbaycan futbolunun tarixi olan "Neftçi" bərbad klub idarəçiliyi ilə həvəskar statusdan da aşağı salınıb. Təəccüblü deyil, futbolu dərindən bilməyənlərin futbolda nə işi var?!
"Neftçi" daimi diqqət mərkəzində olan çox ağır klubdur. Kabinetlərdə oturmaqla, futbolun ruhunu bilməməklə klub idarə oluna, ciddi uğurlar qazanıla bilməz...
Uğurun təməli - getdiyin yolu bilməyindədir!
Yeni baş məşqçi Tərlan Əhmədovun sələflərinin aqibətini yaşamaması arzusu ilə...”
"Qarabağ"ın "Turan Tovuz"u məğlub etdiyi oyun - Video
"Qarabağ" 7 qollu oyunda "Turan Tovuz"a qalib gəldi
UEFA-dan Şahruddinin oynadığı kluba avrokubok cəzası - Rəsmi
"Yuventus" Alleqrini istefaya göndərdi
"Qarabağ" - "Turan Tovuz": Heyətlər
Tuhel qərarını dəyişmədi
"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
1-ci liqada son turun oyunları eyni gündə, eyni saatda
"Yuventus"dan Mottaya 3 illik müqavilə təklifi
İki futbolçu "Liverpul"dan ayrılır - Rəsmi
FİFA VAR-la bağlı yeni qaydalar tətbiq edir
“Qarabağ” - "Turan Tovuz" oyununda qadın hakimlər
"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
1-ci liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
Robin van Persi baş məşqçi təyin edildi
Fatih Terim istefa verdi
Yasin Benzia "Qarabağ"dan ayrılırmı?
"İmişli"nin legioneri 5 oyunluq cəzalandırıldı
AFFA rəhbərliyi FİFA-nın Konqresində
“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri
PFL 35-ci turun hakimlərini açıqladı
Azərbaycan futzal millisinin səbəti müəyyənləşdi
"Qarabağ"la yeni müqaviləni müzakirə edirik" - Andrey Lunyov
Azərbaycanın 2 boksçusu finala vəsiqə qazandı
Fransa millisinin Avro-2024 üçün heyəti açıqlandı
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü
"Barselona" səfərdə qalib gəldi
Musanın komandasından darmadağın
"Traktor" kubokla vidalaşdı
Ramilin komandası da Superliqa şansını itirdi
“Sabah” Abşerondan 52 uşaq seçdi
"İmişli" autsayderlə bacarmadı - Video
Vüsalın komandası Superliqaya vəsiqə qazana bilmədi
"Şamaxı"nı lider edən vacib qələbə - Video
Məşhur sabiq futbolçu "Spartak"ın baş məşqçisi oldu
"Bizə çempionluq lazımdır" - Ramiz Məmmədov