Topaz Premyer Liqasının 5-ci turunda evdə “Qəbələ”yə uduzan (1:3) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qol.az-ın məlumatına görə, S. Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Meydana bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və “Qarabağ”ın ÇL-dəki oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Bu matçda ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib bu baxımdan bizdən aşkar üstün idi.
- Digər klublarla səviyyə fərqi bu qədər olmayacaq. Həmin oyunlarda nəyəsə ümid etmək olar?
- Problemlərimiz çoxdu. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemləri olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdu. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq.
- Rəqib baş məşqçi hakimlikdən narazılığını bildirdi. Roman Qriqorçukun fikirlərinə qatılırsız?
- Bu, rəqib baş məşqçinin öz fikridi. Mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandı, səhv edə bilər.
- Limit imkan versəydi, Pərviz Qaraxanovu əvəzləyərdiz?
- Yəqin ki, gələn oyunlarda bu cür dəyişiklik olacaq.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”