Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ” səfərdə “Səbail”i 3:1 hesabı məğlub edib.
Qol.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
- Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına “afərin” deyirəm.
- İlk hissədə hakimlərin bəzi qərarlarına sərt şəkildə etiraz edirdiniz.
- Qol epizodu ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Amma biz oturduğumuz yerdən Hallideyin oyundankənar vəziyyətdə olmadığı aşkar görünürdü. Biz 20 nəfər ehtiyat oyunçular skamyasından bunu açıq görürdüksə, hakim necə ofsayt qeydə alır?
- Cavid Hüseynovun zədəsi nə yerdədi?
- Ciddi bir şey yoxdu. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.
- “Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiz. Amma görünən odur ki, heç nə dəyişməyib. Bir müddət öncə isə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov aşağı yaş qrupun üzrə milli komandalarla bağlı danışarkən AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, etirazınızı bildirməyiniz hakimlərin sizə qarşı qərəzli qərarlarının davamına gətirib çıxaracaq?
- Mən burada olduğum müddətdə həmişə danışmışam, indi də danışacam. Heç nədən çəkinmirəm, sözümü deyəcəyəm. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq.
- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdüz. İndi düşünmürsüz ki, ona qarşı haqsızlıq etmisiz?
- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”