“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının V turunda "İnter"lə səfərdə 1:1 hesabı ilə bərabərliyə qaldıqlarl oyundan sonra müsahibə verib. Qol.az xəbər verir ki, təcrübəli müdafiəçi matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu cür isti havada və süni meydanda oynamağın çətin olacağını rəhbərliyə bildirmişdinizmi?
- Oyundan 2 gün əvvəl başlanma vaxtını öyrəndik. Baş məşqçimiz hazırlığımızı saat 5-ə təyin etdi. Təbii ki, bü cür isti havada oynamaq çox çətin idi.
- Özünüzü necə hiss edirdiniz? Ayaqlar sözünüzə baxırdımı?
- Ayağımız da işləyirdi, başımız da. Amma bu saatda oynamaq çətin idi. Qarşılaşmanın vaxtını PFL təyin edir. Bizim də borcumuz həmin vaxtda meydana çıxmaq, işimizi görməkdir.
- Səhhətinizlə bağlı narahatlıq hiss etmirdiniz?
- Həkimlər nəzarət edirdi. Üstəlik baş hakim su fasiləsinə imkan verdi.
- İkinci hissədə kölgə olan tərəfdə oynadığınızdan daha rahat olardı…
- Bu, oyun epizoduyla bağlı idi. Həm də fasilədən sonta günəş yavaş-yavaş batırdı.
- Kapitan kimi bu qədər epizodu qaçırmağınıza təəssülənmirsiniz?
- “Zirə” ilə matç istisna olmaqla, qalan oyunların ilk 25-30 dəqiqəsində yetərincə qol epizodu yarada bilirik. Amma bunları gerçəkləşdirməkdə çətinlik çəkirik. Halbuki həmin epizodlarla qarşılaşmanın taleyini həll edə bilərdik. Baş məşqçimizi də narahat edən məqamlardan biri budur. Məşqlərdə bunun üzərində çalışırıq.
- Bəlkə bu, futbolçuların ustalıq səviyyəsi ilə bağlı olan məsələdir?
- Demək olar, hər oyunda qol vururuq. Amil, Cavidlər, Rəşad rəqib qapısına yol tapır. Yüksək səviyyəli futbolçu transfer etmək üçün büdcəmiz artırılmalıdır. Ancaq hazırkı heyətimiz də pis futbolçulardan təşkil edilməyib.
- Avrokuboklara vəsiqə qazanmağınız büdcənin artırılmasına kömək edə bilər?
- Büdcənin artırılması hamımız üçün yaxşı olar.
- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Belə güclü komandanı büdrətməyə gücünüz çatacaqmı?
- “Qarabağ” Çempionlar Liqasında çıxış edir və onu təbrik edirik. Rəqibin gücü hamıya bəllidir. Evdə oynayacağıq. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və stadiona gələcək azarkeşlərimizi sevindirək.
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”