"Bilirdik ki, oyun ağır olacaq. Məşqçi dəyişildikdən sonra "Neftçi"də motivasiya var idi və bu hiss olunurdu. Məni sevindirir ki, komanda taktiki baxımdan düz oynadı. Avropa Liqasında və çempionatın əvvəlində etdiyimiz səhvləri düzəltdik".
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 5-ci turunda "Neftçi"yə qalib gəldikləri (2:1) oyundan sonra keçirilən mətbuat konfrasnında deyib.
- Oyundan öncə Rəşad Sadiqovla görüşüb söhbət etdiniz?
- Yox, onunla üz-üzə gəlmədik, çünki söhbət artıq bağlanıb. Onunla komandadan ayrılanda söhbət etdim və bir-birimizi normal başa düşdük. İnanıram ki "Neftçi"yə kömək edəcək.
- Siz hər qələbəni çox böyük sevinclə qeyd edirsiz..
- Olmaz ki?
- Yəni onun xüsusi səbəbi varmı?
- Qələbəni yaşayırıq. Həm mən, həm də futbolçular. Qol üçün savaşırıq. Qol olanda da sevinmək lazımdır. Sevinməyəndə digər söz-söhbətlər çıxır. "Çelsi" "Qarabağ"a 4-cü qolu vuranda da çılğınlıqla sevinirdi.
- "Neftçi"nin oyununda hansı dəyişikliyi gördüz?
- Bu barədə mənim danışmağım düz olmaz. Özüm üçün bəzi dəyişiklikləri qeyd etdim. Bu komandanın daxili problemi var ki, bu duruma çox komandalar düşüb. Məşqçiyə güvənmək lazımdır.
- Son dəqiqələr çox gərgin oldu. Həmin epziodlarda müdafiəçilər topu sadəcə uzaqlaşdırırdılar. Siz sanki bunu istəmirdiniz...
- Qıraqdan biz də onu görürdük. Futbolçular yorğun idi. Onlarda psixoloji yorğunluq da var idi. Topu hara gəldi vurmaqla vaxt aparırdılar. Futbolçulara çatdırmaq istəyirdik ki, müdafiəyə oturmaq lazım deyil. Bu da normladır, psixoloji problemlə bağlıdır.
- Futbolçular arasında anlaşılmazlıq olurdu. Bir-birini anlamırdılar...
- Doğrusu, görməmişəm, ancaq ola bilər. Futbolçularım intizamlıdır. Ola bilsin sadə epizodlar olub.
- "Zirə" liderdir. Bu mövsüm məqsədiniz nədir?
- Çempiponluqdan danışmağımız tez olar. Klubumuz inkişaf edir, bu, aydın məsələdir. Hər komanda ilə mübarizə aparacağıq. Bir daha avrokubok həyəcanı yaşamaq üçün çalışacağıq. Komandanın böyüməsi üçün belə turnirlərdə iştirak etmək vacibdir.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi