Bu gün Böyük Britaniyanın simvollarından biri sayılan, məşhur London Eye attraksionunun qarşısındakı meydanda Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" futbol klubuna dəstək, eyni zamanda Azərbaycan turizminin təbliği məqsədi ilə böyük fleşmob keçirilib.
Milli Turizm Təbliğat Bürosundan Qol.az-a verilən məlumata görə, tədbirdə milli musiqi parçaları səsləndirilib, xarici qonaqlara rəqs proqramı təqdim olunub. Eyni zamanda, fleşmob çərçivəsində Azərbaycanın milli suvenirləri paylanılıb. Tədbirə çoxsaylı turist və soydaşlarımız qatılıb. Eyni zamanda, Londonda "Qarabağ"ın uzunluğu 20, eni 10 metr olan geyim forması qaldırılıb, onun üzərində komandanın simvolları ilə yanaşı "AZERBAİJAN.TRAVEL" və "#VISITBAKU" sözləri yer alıb
Qeyd edək ki, Milli Turizm Təbliğat Bürosu tərəfindən Avropanın üç böyük paytaxt şəhərində - London, Madrid və Romada byu kimi digər möhtəşəm fleşmoblar və sair tədbirlər planlaşdırılır. Onlar, ilk növbədə, "Qarabağ" futbol klubuna dəstək məqsədilə keçiriləcək. Fleşmoba cəlb olunan könüllülər həmin şəhərlərin mərkəzi yerlərində Ağdam təmsilçisinin irihəcmli geyim formasını qaldıracaqlar. Azərbaycan bayraqlarının dalğalandırğı aksiyalarda çoxsaylı azərbaycanlı könüllülər, tələbələr iştirak edəcək, "DJ"lər musiqi səsləndirəcək, sakinlərə Azərbaycan və ölkəmizin turizm imkanları barədə məlumatların əks olunduğu təbliğat materialları paylanacaq.
Eyni zamanda, "Qarabağ"ın "Roma" ilə ev oyunundan bir neçə saat əvvəl Bakıda da aksiya təşkil ediləcək. Belə ki, matçdan öncə Nizami küçəsində, keçmiş "Torqovaya" deyilən ərazidə azarkeşlər üçün "Fan zona" yaradılacaq. Orada canlı konsertin keçirilməsi gözlənilir. Bu, həm də paytaxtdakı turistlər üçün də maraqlı olacaq.
Yuxarı
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə