Frank de Bur qovuldu

Frank de Bur qovuldu
XƏBƏR 11 Sentyabr 2017 / 15:35 4177
-  A +

İngiltərənin “Kristal Palas” klubu baş məşqçisi Frank de Buru istefaya göndərib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışları olub.

London təmsilçisi mövsümün ilk 4 oyununun hamısında  məğlub olub. Turnir cədvəlinin 19-cu pilləsində qərarlaşan komanda bu mövsüm qol vura bilməyib.

Qeyd edək ki, mövsümün əvvəlindən komandanı çalışdıran hollandiyalı mütəxəsis son olaraq "Ayaks"ın baş məşqçisi olub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner