İnyesta: “Barselona”dan getsəm də, burda qalsam da…”

İnyesta: “Barselona”dan getsəm də, burda qalsam da…”
XƏBƏR 10 Sentyabr 2017 / 11:08 5055
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komandada qalmaq istədiyini təsdiqləyib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, jurnalistlərə açıqlamasında o deyib ki, bununla bağlı klubla danışıqlar davam edir:

“Bu, normal vəziyyyətdir və klubla mənim aramdakı məsələdir. Biz danışıqlara çoxdan başlamışıq. İşlər yavaş-yavaş da olsa irəli gedir. Mənim yeganə məqsədim əla bir mövsüm keçirməkdir. Burdan getsəm də, qalsam da, “Barselona” mənim evimdir”.

Xatırladaq ki, 33 yaşlı İnyestanın klubu ilə müqaviləsi 2018-ci ilin yayında başa çatır. Onun maaşını artırmaq şərti ilə klubda qalmaq istədiyi bildirilir.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner