"Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır" - Zenyov

"Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır" -  Zenyov
ÖLKƏ FUTBOLU 6 Sentyabr 2017 / 12:11 4993
-  A +

"Azərbaycan Premyer Liqası ilə müqayisədə Polşa çempionatı çox maraqlıdır. Azərbaycanda yalnız iki komanda çempionluğa oynayır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov soccernet.ee saytına açıqlamasında deyib.

Hazırda Polşanın "Krakovya" klubunda çıxış edən estoniyalı hücumçu bu ölkənin çempionatını Topaz Premyer Liqası ilə müqayisə edib.

"Polşa çempionatının səviyyəsi çox yaxşıdır. Demək olar ki, bütün komandalar eyni gücdədir. Buna görə də nələr olacağını bilmək olmur, çox maraqlıdır. Stadionlar da gözəl və böyükdür. Oyunlara çoxlu azarkeş gəlir. Polşada böyük futbol atmosferi hiss etdim”.

Qeyd edək ki, 2015-2017-ci illərdə "Qəbələ”də çıxış edən 28 yaşlı futbolçu  47 oyunda 8 qol vurub.

Daha çox


Son xəbərlər