21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avro-2019-un seçmə mərhələsi çərçivəsində bu gün evdə İrlandiya yığmasına 1:3 hesabı ilə məğlub olub. Qol.az xəbər verir ki, oyundan sonra millimizin hücumçusu Mahir Mədətov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə qarşılaşma barədə danışıb:
- Oyuna yaxşı başladıq. Qapıçımızı səhvi ilə hesabda geri düşdük. Heç kimi günahkarlandırmaq istəmirəm, amma ruhdan düşdük. Daha sonra müdafiədə səhvlər etdik. Hesab oyuna görə olmadı.
- Fərdi səhvlərdən uduzduğumuzu demək olar?
- Bəli, sizinlə razıyam.
- Daha çox tənqid edilir ki, millidə legionerlər çox olsa da, nəticə yoxdur. Hamıda belə fikir var ki, əgər uduzuruqsa, bizə legioner futbolçu nə üçün lazımdır?
- Mənim nəsə deməyim düzgün olmaz. Baş məşqçimizin qərarıdır.
- Əsas milli ilə Norveç səfəri, Bakıda San Marino ilə oyun və bu gün keçirilən qarşılaşma. Özünü yorğun hiss edirdin?
- Ən azından sevindim ki, oyun praktikam artdı. Komandaya kömək etdim.
- Ötən il də U-21-də çıxış etmisən. Həmin komanda ilə inidiki heyəti müqayisə etdikdən hansının güclü olduğunu söyləyə bilərsən?
- Həmin heyət 17 yaşdan birgə çıxış edib. İndiki komandada isə dəyişikliklər çox olub. Biz U-19-da olanda deyirdilər ki, çox güclü kollektivdi və gələcəkdə yaxşı uğurlar qaznacaq. Necə oldusa, heyət təmiz dəyişdi. O vaxtdan heç bir oyunçu qalmadı.
- Bu oyunçularla gələcəkdə nəyəsə ümid etmək olar?
- Yenə deyirəm ki, hesab oyuna görə olmadı. Uşaqlar yaxşı oynadı. Fərdi səhvlərdən uduzduq.
- Oyunu sona qədər davam etdirə bilmədin...
- Çalışdım ki, davam edim. Ancaq dizimdə ağrılar var idi.
- Qol vurandan sonra özündən çox arxayın idin. Fərdi reydlərə üstünlük verdin və demək olar ki, hamısı uğursuz alındı. Ancaq topu itirməklə yadda qaldın.
- İstədim ki, oyunu öz üzərimə götürüm.
- Baş məşqçi Yaşar Vahabzadə bildirdi ki, ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı. Hücumda bircə Mahir Mədətov çıxış edir. Səncə, limitin faydası var?
- Mənə bu haqda danışmaq hələ tezdir. Limit yaxşı şeydir. Mənfi təsiri olduğunu düşünmürəm. Öz oyunu oynayıram (futbol11.az).
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi
“Real” Kurtua ilə razılaşdı
"Çelsi"nin keçmiş sahibi vergidən yayınmaqda şübhəli bilinir
300-cü qələbə
“Milan”ın müdafiəçisi ağır zədə aldı
Gündoğan: “Barselona” Avropanın ən yaxşı komandasıdır"
“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”
200-ə çatdı
“Sabah” qalib gəlmək şansımızın ən yüksək olduğu komandadır"
16 yaşlı futbolçu "Real"ın hədəfində
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
İbrahimoviçdən hakimə sərt tənqid: “Oyunu məhv etdi”
Ramil oynadı, komandası qələbə qazandı
“Mançester Yunayted”in Naqelsmann planı
"Milan"ın xal itkisi - Video
2-ci liqada 2 oyun
Zeedorf bu klubun baş məşqçisi oldu
Renatın komandası qələbəni əldən verdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə