“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi
- Komandanız yoxlama oyununda “Sumqayıt”a 1:3 hesabı ilə uduzdu. Nəticə sizin üçün gözlənilməz olmadı?
- Nəticə haqda az düşünürəm. Çünki bu oyunu nəticə qazanmaq yox, çatışmazlıqlarını görmək üçün keçirdik. Amma razıyam ki, idmanda hər zaman yaxşı nəticə qazanmaq istəyirsən. Hazırkı məqamda daha vacib məqamlar var. Bu, ilk növbədə oyunçular haqda məlumat almaqdı. Çünki açıq deyim ki, yeni gələnlərin 100 faiz gücünü öyrənə bilməmişəm. Bunu da məhz bu cür oyunlarda aradan qaldırmaq mümkündür. Bir sözlə, yoxlama oyunu indiki məqamda bizə çox faydalıdır.
- Nəticəni kənara qoysaq, oyun sizi qane etdi? Yaxud çatışmazlıqlar nə dərəcədə çoxdur?
- Çatışmazlıqlar təbii ki, çoxdur. Bu qarşılaşma heyəti müəyyənləşdirmək, futbolçuların meydandakı bacarıqlarını görmək baxımından önəmli idi. Meydanda heç vaxt görmədiklərimizi, yaxud çox nadir hallarda gördüklərimizi görürdüm. Üstəlik, bəzi oyunçuları fərqli mövqelərdə sınayırdıq. Çempionatda bu cür hallar xeyrimizə olacaq. Hələ meydana çıxmamışdan qabaq bilirdim ki, komandam bu gün ideal futbol sərgiləməyəcək. Lakin əsas odur ki, oyundan kifayət qədər məlumat əldə etdik. Həm müsbət, həm də mənfi tərəfdən.
- Növbəti çempionat oyunlarında ilk 3 turla müqayisədə heyətdə dəyişiklik görə bilərikmi?
- Bu, mümkündür. Niyə də yox? Hər zaman oyundan öncə futbolçuların son durumunu nəzərə alarıq. Yekunda bu məqam heyətin formalaşmasına ciddi təsir göstərir. Eləcə də millinin düşərgəsində bir neçə futbolçumuz olub. Növbəti matçda heyəti müəyyənləşdirərkən bunu da nəzərə alacağıq.
- Millinin oyunundan söz düşmüşkən, Cavid Hüseynovun Osloda meydana çıxması sizin üçün sürpriz olmadı? Çünki səhhətindəki problemə görə siz son 2 oyunda onu meydana buraxmamışdınız...
- Sürpriz deməzdim. Amma təəccübləndim. Çünki mən bildiyim qədəri ilə o, oynamamalı idi. Çünki son günlər müalicə alırdı. Həkim deyiləm, tam dəqiqliyi ilə bir söz deyə bilmərəm. Lakin hesab edirəm ki, Cavid meydana çıxmalı deyildi. Bununla belə, millinin həkimləri, məşqçiləri var, görünür onlar Cavidlə birgə müzakirə aparıblar. Onlar daha yaxşı bilirlər son durumu. Amma bir daha deyirəm ki, mənim fikrimcə Cavid meydana çıxmamalı idi.
- Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz? Ümumiyyətlə, aydın məsələdir ki, rəqibin oyununu təhlil etmisiniz və bu komandanın əvvəlki illərdəki “Zirə”dən daha güclü olduğunu söyləyə bilərikmi?
- İndiki “Zirə”ni əvvəlki illərdəki komanda ilə müqayisə etməyəcəm. Çünki “Zirə” ötən il də, ondan qabaqkı mövsümdə də güclü idi. Möhkəm rəqibdirlər və bu komandaya qarşı oynamaq hər zaman çətin olur. Bu mövsümdə də heç nə dəyişməyib. “Zirə”ni məğlub etmək üçün mütləq tam gücümüzlə oynamalıyıq. Yalnız bütün komponentlərdə rəqibdən üstün olmaqla müsbət nəticə qazanmağımız mümkündür.
- Son olaraq, yeni transfer, U-21 millimizin üzvü Alen Askerovla bağlı fikirlərini öyrənmək istərdik.
- O, Azərbaycan pasportuna malikdir. Eləcə də yaşı çempionatdakı limitə uyğun gəlir. Bu da bizim üçün müsbət məqamdır. Hazırda bizimlə xeyli sayda gənc oyunçu məşq edir. Artıq 1998, 1999-cu il təvəllüdlü oyunçulardan da seçilənləri əsas komandanın hazırlığına cəlb etmişik. Onlar yalnız oyunlar zamanı əvəzedici komandaya qoşulurlar. Bizim qarşılaşmalar zamanı isə yaş limiti ilə bağll həmin gün ən yaxşı formada olan futbolçunu meydana buraxırıq.
Mənbə: futbolxeber.az
Messiyə mükafat verildi
"İnter Mayami" Messinin daha bir dostu ilə danışıqlar aparır
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
“Sabah”ın Tərtərdəki seçimləri yekunlaşdı
"Şamaxı"nı 2-ci pilləyə yüksəldən qələbə - Video
Avro-2024-ü buraxacaq
"Çelsi" Konteyə təklif göndərdi
"Qaradağ Lökbatan" "Araz-Saatlı"ya aman vermədi - Video
Tonalinin cəzası iki ay uzadıldı
Liderdən qələbə, "Şamaxı" 2-ci pilləyə yüksəldi
Ranqnik "Bavariya"dan niyə imtina edib?
"Real"ın kapitanı Messi ilə komanda yoldaşı olacaq
Fransa klubu baş məşqçisini istefaya göndərir
"Real" Marselonun oğlu ilə müqaviləni uzatdı
Rusiya millisi üçün yeni rəqib
Benzema "Real"ın bazasında
"Borussiya" Hummelslə bağlı qərar verdi
"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır
Almaniya Çempionlar Liqasında daha bir yer qazandı
Ranqnik "Bavariya" ilə planlaşdırılan görüşü ləğv etdi
Klublar Komitəsinin növbəti iclası keçirildi - Şəkillər
A seriyasına yüksələn ilk komanda bilindi
Luis Enrike məğlubiyyəti şərh etdi
Avrokubokun oyunlarını göstərəcək kanalların siyahısı
UEFA bu futbolçuların oyununu səsverməyə çıxardı
Mbappe kuryoz hadisə ilə üzləşdi
"Traktor" liderdən xal aldı
"Borussiya" PSJ-ni belə məğlub etdi - Video
"Borussiya" PSJ-yə qalib gəldi
Ronaldo dubl etdi, "Əl-Nəsr" finala adladı
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında