"Bu qədər qol vuracağımızı gözləmirdik” - Əfran İsmayılov

"Bu qədər qol vuracağımızı gözləmirdik” -  Əfran İsmayılov
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2017 / 01:30 3998
-  A +

“Norveç səfərindən sonra bu oyuna hazırlaşmaq üçün cəmi 2 gün vaxtımız qalmışdı. Buna görə də çətin olacağını düşünürdük. Bu qədər qol vuracağımızı isə gözləmirdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Əfran İsmayılov DÇ-2018-in seçmə mərhələsində San Marinoya qalib gəldikləri oyundan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O, artıq qrupda keçirəcəkləri növbəti oyun haqda düşündülərini bildirib: “Bu qələbəni unutmuşuq. Çexiya ilə oyunumuz ağır keçəcək. Onlar Avropada seçilən komandalardandır. Ancaq rəqiblə Bakıda qarşılaşacağıq. Azarkeeşlərimiz San Marino iüzərində bu qələbəsn sonra bizdən daha çox şey istəyəcəklər. Biz də onların ümidini doğrultmaq üçün çalışacağıq”.

Oyunda dubl edən “Qarabağ”ın yarımmüdafiəçisi son zamanlar ona qarşı yönələn tənqidlərə də münasibət bildirib: “Heç vaxt azarkeşlərlə dava eləməmişəm. Onlar mənimlə dalaşırlar. Ümumi götürdükdə, bu, xalqımızın qələbəsidir və bunu onlara həsr edirik”.

Ə.İsmayılov 3-cü pillədəki mövqeni qorumağa çalışacaqlarını əlavə edib: “Bu, mümkündür. Qeyd etdiyim kimi, bu qələbədən sonra bizdən gözləntilər çoxdur. Çexiya ilə oyunda həmin gözləntiləri reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq