Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində San Marino üzərində qələbədən (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Böyükhesablı qələbə qazandınız. Oyun haqda nə deyə bilərsən?
- Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq və iki gün bundan əvvəlki məğlubiyyəti özümüz üçün az da olsa, unutduraq. Fikirləşirəm ki, uşaqlar yaxşı futbol nümayiş etdirdilər. Yaxşı, düşünülmüş hücumlarımız oldu. Minimal hesablı qələbə də qazanmaq olardı. Amma həqiqətən də uşaqlar yaxşı futbol oynadılar, rəqibə oynamaq üçün imkan vermədik. Komandanı təbrik edirəm.
- Bugünkü oyununda fərqlilik var idi. Sanki əlavə nəsə göstərmək istəyirdin.
- Həyatım boyu kiməsə nəyisə sübut etməyə çalışmamışam. Sadəcə, oyundan öncə çox gərgin idim. Norveçlə oyunda öz qapımızdan keçirdiyimiz qola görə özümü narahat hiss edirdim. Amma həqiqətən də millinin oyunlarına optimal vəziyyətdə çıxmamışam. Çox uzun danışmaq istəmirəm. Lakin analiz etsək, görərik ki, Norveçlə oyuna zədəli vəziyyətdə hazırlaşmışdım. Həqiqətən də həmin oyunda pis oynamamışdım. Sadəcə, oyunun sonunda istəmədiyimiz halla üzləşdim. Gərgin idim və San Marino ilə oyunu səbrsizliklə gözləyirdim.
- 7 il sonra milli komandanın heyətində qol vurdun. Darıxmamışdın?
- Bu, mənim qrup mərhələsindəki ilk qolumdu. İlk dəfə idi ki, texnika ilə cərimə zərbəsi yerinə yetirirdim, çünki hər zaman qüvvətli zərbələrə üstünlük vermişəm. Uşaqlar da vurmaq istəyirdi, amma dedim ki, icazə verin mən vurum.
- Tribunadan sənə dəstək verənlər çox idi. Bu sevginiz özün hiss etdinmi?
- Məni futbolçu edən azarkeşlər olub. Onların sevgisi mənim üçün hər şeydən üstündü və onu itirmək çox ağırdı. Ona görə də onların dəstəyini hiss etmək çox sevindirici idi. Azarkeşlərin “Rəşad, Rəşad” səsləməsi mənim üçün mükafatdan artıqdır.
- İddialara görə, “Neftçi”nin və 21 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi postuna ən real namizədlərdən birisən. Bu məsələyə münasibətin necədir?
- Hazırda “Qarabağ”ın futbolçusuyam və bu barədə danışmaq düzgün olmaz.
- Mövsümün sonuna qədər “Qarabağ”da qalacaqsan?
- Belə deyək, hazırda bütün diqqətimi oyunuma yönəltmişəm. Kayeramı bitirmək barədə düşünürəm. Amma nəyin necə olacağını bilmirəm. “Qarabağ”la ilin sonuna qədər müqaviləm var və mənim klubdakı gələcəyimlə bağlı onlar qərar verəcəklər. Çempionlar Liqasının qrup mərhələsi başa çatandan sonra qərarımı açıqlayacağam.
- "Qarabağ"ın yeni transferləri - Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev haqda nə deyə bilərsən?
- Təcrübəli futbolçulardı, elə oyunçulara ehtiyacımız var idi. Bir qədər kreativ futbolçulardı və bilirsiniz ki, "Qarabağ"da daima elə futbolçular olub. Ümidvaram ki, komandamıza xeyir verə biləcəklər.
- Millidə son oyunlarını keçirdiyini düşünmək olar?
- Demək olar ki.
- Əvvəlki açıqlamalarında demişdin ki, milli və klubla böyük uğur qazandıqdan sonra karyeramı bitirəcəyəm. Artıq dolayı yolla qışdan futboldan gedəcəyini deyirsən. "Qarabağ"ın heyətində Çempionlar Liqasının qrupuna düşməyi ən böyük uğur hesab edirsən?
- Azarkeşlərimizin, xalqımızın, dövlətimizin sevincini gördük. Ondan sonra özüm-özümə dedim ki, nəsə etməyi bacardıq. O vaxta qədər düşünürdüm ki, ciddi nailiyyət əldə etməmişik. Bəlkə də bu, yaxşı formada futboldan getmək üçün ciddi səbəbdir.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi
Messi 40 yaşlı Vozinyaya heyran qaldı
Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
Bu oyuna biletlərin qiyməti 57 dəfə artıb!
Amansız mübarizə və Argentinanın 1/8 final sevinci - Video
Bombardirlər siyahısı - Messi yenidən zirvədə
İngiltərə millisinə yuxu dərmanı veriləcək
UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı
DÇ-2026: 1/8 finalın bütün cütlükləri
Argentina və Kolumbiya da 1/8 finala adladı - Yenilənib
Avtoqol, penaltilər seriyası, Misirin qələbəsi - Video
Oyunun ən yaxşısı Messi oldu
Dünya çempionatında avtoqol rekordu