Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Vətənə qayıdıb.
Qol.az-ın məlumatına görə, komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri və bokssevərlər alqışlarla qarşılayıblar.
Jurnalistlərin suallarını cavablandıran 3 qat dünya çempionu Məhəmmədrəsul Məcidov (+91 kq) bildirib ki, Azərbaycan adına üçüncü qızıl medalı qazandığı üçün fəxr edir: "Çox xoş, çox gözəl hisslərdi. Əlbəttə ki, döyüşlərim, xüsusilə də final asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim".
Onun sözlərinə görə, yığmamızın üzvləri hakim haqsızlığı ilə üzləşib: "Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi".
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov komandanın çıxışına qiymət verib: “Başda cənab prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, bokssevərləri bu qələbə münasibəti ilə təbrik edirəm. Dünyada cəmi 7 boksçu 3 dəfə dünya çempionu olmağı bacarmışdı. Məcidov da bu siyahıda 8-ci oldu. Mən bir şeyi qeyd etmək istəyirəm ki, Məhəmmədrəsul təkcə dünya çempionu olmadı, o, həm də bizə qarşı olan hakim qərəzi üzərində də qələbə çaldı. İslam Oyunlarından başlayaraq bir neçə dəfə hakimlər tərəfindən təxribatla qarşılaşdıq. Bakıda keçirilən İslamidada biz daha çox qızıl medal gözləyirdik, ancaq siz də gördünüz ki, əlimizdən aldılar. Xarkovda keçirilən Avropa çempionatında bizim lisenziyaların sayı 9, bəlkə də 10 olmalı idi, ancaq çox təəssüf ki, 5 oldu. Buna baxmayaraq, komandamız dünya çempionatına 4 idmançı ilə yola düşdü. Təmsilçilərimizdən Lorenzo Sotomayor və Pərviz Bağırovun yolu yenə də hakimlər tərəfindən kəsildi. Ancaq nə qədər çalışsalar da, Məcidov və Kamran Şahsuvarlının qarşısını ala bilmədilər. Bütün dünyanın gözü qarşısında, hamınız da şahid oldunuz, hətta tam qələbə olduğu halda belə hakimlərin bəzilər ədalətsizlik edirdilər. Buna baxmayaraq, Məcidov bu ədalətsizliyi dəf edərək adını tarixə qızıl hərflərlə yazıdırdı”.
Yuxarı
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi