“Qarabağ”ın azarkeşləri üçün Çempionlar Liqasının səfər oyunlarında biletlərin satılma qaydası rəqiblərlə razılaşdırılıb.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az saytının sorğusuna cavab olaraq bildirib ki, ÇL-in pley-off mərhələsindən başlayaraq final matçına kimi UEFA-nın bilet və digər məsələlərlə bağlı yeni tələbləri qüvvəyə minir: “Təsnifat mərhələlərində yayım və reklam hüququ, o cümlədən bilet satışı məsələsi klubların ixtiyarında olur. Pley-off, qrup matçları və final mərhələlərində isə yayım və reklam hüququ bütünlükdə UEFA-ya keçir, bilet satışı məsələsi isə ciddi şəkildə tənzimlənir”.
Klub rəsmisi qeyd edib ki, əsasnaməyə görə, stadionun tribunalarda 5 faizlik azarkeş yeri qonaq komandaya verilir: “İlk oyununuz səfərdə “Çelsi”yə qarşı olacaq. Bildiyiniz kimi, “Stemford Bridj” arenasında tamaşaçı tutumu 41 mindən bir qədər çoxdur. Deməli, əsasnaməyə görə, qonaq klub olaraq “Qarabağ”a təxminən 2 minədək bilet verilə bilər. Biz azarkeşlərimizin maraqları naminə qarşı tərəfə təklif etdik ki, biletləri barter yolu ilə pulsuz dəyişək, amma “Çelsi” biletin satılmasına maraqlı olduğunu bildirdi”.
Klub rəsmisinin sözlərinə görə, qarşılıqlı müzakirələr nəticəsində belə razılığa gəlinib ki, “Qarabağ”a veriləcək biletlərin satışını klub özü təşkil edəcək. Biletlər həm Bakıda, həm də Londonda təşkil ediləcək: “Qonaq komandanın azarkeşləri üçün biletin qiyməti 35 funt (təqribən 76 manat – red.) təşkil edir. Yaxın günlərdə Londondakı matça biletlərin satışı üçün Bakıda bir məntəqə fəaliyyətə başlayacaq və bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək. O ki qaldı İngiltərə və digər ölkələrdə yaşayan azarkeşlərimizin bilet almaq istəyinə, belə razılıq əldə edilib ki, “Stemford Bridj” stadionunda qonaq komandanın azarkeşləri üçün biletin satışı məqsədi ilə ayrıca kiçik bir məntəqə yaradılsın. Oyunun başlamasına bir neçə saat qalmış azarkeşlərimiz oradan bilet ala biləcəklər”.
Eyni şərtlər Bakıda “Çelsi”yə qarşı keçiriləcək oyunlar öncəsi ingilis klubunun azarkeşlərinə də tətbiq ediləcək. Bundan başqa, “Qarabağ”ın digər rəqibi olan “Roma” ilə də bənzər razılıq əldə olunub. Amma hələlik bu razılıqlar rəsmi təsdiqlənmədiyi üçün yaxın günlərdə bilet satışı məsələsində müəyyən dəyişiliklərin ola biləcəyi istisna deyil. “Atletiko”ya gəlincə, bu klub isə məsələ ilə əlaqədar hələlik qərar verməyib
Xatırladaq ki, ÇL-in C qrupunda mübarizə aparacaq “Qarabağ” səfər oyunlarını müvafiq ardıcıllıqla “Çelsi” (12 sentyabr), “Atletiko” (31 oktyabr) və “Roma”ya (5 dekabr) qarşı keçirəcək.
Qol vurandan sonra huşunu itirdi
"Araz-Naxçıvan" - "İmişli" matçından - Video
Nuriyev qol vurdu, komandası uduzdu
"Bizi çox çətin oyunlar gözləyir" - Cavid Hüseynov
Transfer təklifini rədd etdi, kapitanlıqdan məhrum oldu
“Sumqayıt” portuqaliyalı futbolçu transfer etdi
Şeydayevin komandasının matçı təxirə salındı
"Çelsi" "Real Sosyedad"a qalib gəldi
"Sabah" - "Kəpəz" matçının heyətləri açıqlandı
"İmişli"nin futbolçusu zədələndi
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
"Konyaspor"dan bir gündə 4 transfer
Klub 60 ildən sonra onu göndərdi, azarkeşlər etiraz etdi
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
İmad Faraj "Neftçi" ilə vidalaşdı
“Qalatasaray”a "yox" dedi
“Mançester Siti” onu icarəyə göndərdi
Ferran Torres PSJ-yə keçdi
“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar
“Milan” futbolçusunu icarəyə verdi
“Atletiko” 40 milyonluq transferi açıqladı
"Qarabağ"dan heç-heçə, "Sabah" və "Dinamo"dan qələbə
İspaniyada transferlərə ən çoxu pulu kim xərcləyib?
“Qarabağ”ın tarixini dəyişən “Tvente” qolu - Video
Fransa FİFA-UEFA qarşıdurmasında İnfantinonu dəstəkləyir
"İnter"dən “Latsio”ya
İmmobile karyerasını başa vurdu
“Qalatasaray” debütantla oyunda xal itirdi - Video
Bu gün La Liqada yeni mövsüm başlayır
“Qarabağ”la oyuna getməkdən imtina etdi - Oteldə qaldı
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
“Traktor” yeni mövsümə qələbə ilə başladı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi