Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir.
Qol.az-ın "Kəpəz"in saytına istinadən yaydığı xəbərə görə, ot örtüyünün əvvəlcədən də deyilən vaxtda – oktyabr ayında hazır vəziyyətə gətirilməsi üçün işlər sürətlənib. SİS şirkətindən verilən məlumata görə, işlər qaydasında davam edir və heç bir çətinlik yoxdur. Qazonun inkişaf planına uyğun olaraq qum, gübrə və dərmanlar verilir, həşaratlara və xəstəliklərə qarşı profilaktik tədbirlər görülür. Şirkətin əməkdaşı Orxan Yunusov ot örtüyünə texniki işçilər tərəfindən gündəlik baxış və qulluq edildiyini, vəziyyətin mütəxəssislərin diqqətində saxlanıldığını söyləyib.
Orxan Yunusov yay mövsümü ilə əlaqədar havaların isti keçməsinin müəyyən çətinliklər ortaya çıxardığını bildirsə də, bunun gözlənilən olduğunu və bütün işləri buna uyğun qurduqlarını bildirib: “Düzdür, havalar isti keçir amma biz öncədən buna qarşı tədbirimizi almışıq. Meydança vaxtında suvarılır, otun inkişafı üçün əsaslı işlər görülür, biçin aparılır. İkinci səpinə hazırlaşırıq. Bunun üçün havanın bir az sərinləməsini, temperaturun aşağı düşməsini gözləyirik. Çünki belədə toxumda cücərmə daha yaxşı gedəcək. Ona görə də müəyyən qədər gözləməliyik. Planda 1-2 həftə müddətində ikinci səpinin başlaması nəzərdə tutulub”.
Xatırladaq ki, Gəncə şəhər stadionun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.
Yuxarı
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi