"Futbol gülünc vəziyyətə düşür" - Berti Foqts

"Futbol gülünc vəziyyətə düşür" - Berti Foqts
XƏBƏR 29 Avqust 2017 / 11:25 6802
-  A +

Millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya Bundesliqasında videotəkrarın (VAR) tətbiqinə qarşı çıxıb
 
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  o, Bundesliqanın ilk iki turunda istifadə olunan bu yeniliyi mənasız hesab edib:

"VAR sisteminin indiki formada istifadəsinin heç bir mənası yoxdur.  Bu gözəl idman növünü məhv edə bilmərik. 5-6 ildən sonra heç kim Bundesliqa oyunlarını izləməsə, təəccüblənməyə dəyməz. Biz ona doğru gedirik ki, oyunları heç kim izləməyəcək. Çünki futbol gülünc vəziyyətə düşür”.
 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner