Dembele "Barsa" ilə müqavilə bağladı

Dembele "Barsa" ilə müqavilə bağladı
XƏBƏR 28 Avqust 2017 / 18:08 4821
-  A +

Dortmund "Borussiya”sının futbolçusu Usman Dembelenin "Barselona”ya keçidi rəsmiləşib.

Qol.az-ın Kataloniya klubunun saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı fransalı hücumçu bu gün müqaviləyə qol çəkib. Sözləşmənin müddəti barədə məlumat verilməyib.
"Barselona”nın onun transferi üçün Dortmund təmsilçisinə 105 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, U.Dembele ötən mövsüm 50 matçda 10 qol vurub, 22 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər