Araz Kiprdə növbəti oyununa çıxdı

Araz Kiprdə növbəti oyununa çıxdı
XƏBƏR 28 Avqust 2017 / 00:20 5745
-  A +

Kipr çempionatında II turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi "Anortosis" səfərdə  "Oroklinis"in qonağı olub.

Qarşılaşma Arazın komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yarımmüdafiəçisi matçın 86-cı dəqiqəsində Sekou Sissenin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, "Anortosis" bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində ilk pilləyə yüksəlib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner